Dəmir yolları ilə tarixə səyahət

Tariximiz

Azərbaycan Dəmiryol Muzeyinin açılışı 19 noyabr 2019-cu il tarixində Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.

Pandemiya dövründə qapalı qalan muzeydə yenidənqurma işləri aparılıb və yeni eksponatlarla daha da zənginləşdirildikdən sonra 28 dekabr 2023-cü il tarixindən etibarən ziyarətçilərini qəbul etməyə başlayıb.

Dəmiryol Muzeyi Bakı sərnişin stansiyasının tarixi vağzal kompleksinə daxil olan üç binadan biri – köhnə Sabunçu vağzalının binasında (“28 May” metro stansiyasının yaxınlığında) yerləşir. Bu bina 6 iyul 1926-cı il tarixində, Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolunun açılışı günündə istifadəyə verilib. Bakının Sabunçu vağzalı elektrik qatarlarını qəbul edən ilk vağzal binası olub.

Azərbaycan milli memarlıq ənənələrinə uyğun inşa edilmiş bina xarici görünüşünə və bir çox elemetlərinə görə Şirvanşahlar sarayını xatırladır. Binada milli şəbəkə sənəti üslubunda qurulmuş pəncərələr, binanın girişinin fasadının yuxarı hissəsində isə Şirvanşahlar dövrünə aid dekor, saat qülləsində daşdan yonulmuş aslan təsvirləri diqqət çəkir.

Eksponatlar

Muzeydə 2 eksponat zalı, kino zalı, mədəniyyət və korporativ tədbirlərin təşkili üçün salonlar fəaliyyət göstərir. Burada vaxtaşırı olaraq imza günləri, qiraət saatları, kitab və rəsm sərgiləri, ictimai xadimlərlə görüşlər və s. kimi tədbirlərin təşkili nəzərdə tutulub.

Zallarda ölkəmizin dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif maraqlı eksponatlar, o cümlədən XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən foto və video materiallar, qatar modelləri nümayiş olunur. Həmçinin Ulu Öndər Heydər Əliyevin ölkəmizdə dəmir yollarının inkişafında göstərdiyi misilsiz xidmətlərin əks olunduğu fotoguşə yaradılıb.

Tez-tez verilən suallar

    • Giriş bileti – 10 AZN

    • Hazırda ADY-nin əməkdaşları
    • Fəxri dəmiryolçular (“Fəxri dəmiryolçu” vəsiqəsi əsasında)
    • I, II dərəcə əlilliyi olan şəxslər və əlil arabası ilə hərəkət edən qonağı müşayiət edən şəxs (1 nəfər)
    • Azərbaycan Milli qəhrəmanları, şəhid ailələrinin üzvləri, Sovet İttifaqı qəhrəmanları, İkinci Dünya müharibəsi, Əfqanıstan və Qarabağ müharibələri iştirakçıları, 20 Yanvar və Çernobıl hadisələri əlilləri, Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvləri (təsdiq edən sənəd əsasında)
    • Məktəbəqədər və məktəblilər (qeyd: yalnız valideyn və ya müəllim müşayiəti ilə)
    • Bəli, qrup halında giriş mümkündür. Bunun üçün 1 həftə öncədən muzey@ady.az elektron poçtuna müraciət edilməlidir.

    • Bazar günü, həmçinin bayram günləri, Ümumxalq Hüzn Günü, seçki və dövlət səviyyəsində digər qeyri-iş günləri istisna olmaqla, həftənin altı günü saat 10:00-18:00 arası fəaliyyət göstərir.

    • Bəli.

    • Biletləri muzeyin girişində kassadan və ödəniş terminalından əldə etmək olar. Onlayn və digər bilet satışı məntəqələrindən muzeyə bilet almaq hazırda mümkün deyil.

    • Bəli.

    • Muzeyə daxil olan şəxslərin sayı qədər bilet əldə etmək mümkündür.

    • Biletləri öncədən almaq mümkün deyil, yalnız ziyarət günü kassadan əldə edilə bilər.

Əlaqə

  • İş saatları Bazar günü istisna hər gün 10:00-18:00
  • Ünvan Sabunçu Vağzalının tarixi binası, Cəfər Cabbarlı meydanı (28 May stansiyası), Bakı, AZ 1010
  • Elektron poçt muzey@ady.az
  • Qaynar xətt 1822